Pulsuz · qeydiyyatsız

Cavab kartı yaradıcısı

Şablonu seçin və ya sual sayını özünüz yazın — çapa hazır cavab kartı bir kliklə hazırdır. Buraxılış və blok imtahanı formatı, KSQ, BSQ və sərbəst kartlar.

Kartın ayarları

Şablon
Cavab variantları
İmtahan variantı
Fənlər / bölmələrCəmi 30 sual

Səhifə: 1 · PDF üçün çap pəncərəsində «PDF kimi saxla» seçin

Kursum-da

Bu kartları əl ilə yoxlamayın

Kursum-da imtahan yaradın — cavab vərəqləri telefon kamerası ilə saniyələr içində yoxlanır. Ballar, sıralama, Excel və zəif mövzular avtomatik hazırlanır.

Kursum-da imtahan yarat

Cavab kartı necə hazırlanır?

Hazır şablonlardan birini seçin — 11-ci və 9-cu sinif buraxılış imtahanı, I–IV qrup blok imtahanı, KSQ və ya BSQ — və ya fənləri, qapalı, kodlaşdırılan və yazılı tapşırıqların sayını özünüz yazın. Kartın başlığını və məktəbin və ya kursun adını əlavə edin. Kart A4 vərəqdə, qara-ağ printerdə də aydın çıxacaq şəkildə hazırlanır.

Qısa testlər üçün bir vərəqə iki kart yerləşdirib kağıza qənaət edə bilərsiniz. «Çap et / PDF» düyməsi ilə kartı birbaşa çap edin və ya PDF kimi saxlayıb şagirdlərə göndərin. Ayarlarınız bu brauzerdə yadda qalır.

Tez-tez verilən suallar

Bəli, tam pulsuzdur və qeydiyyat tələb etmir. İstədiyiniz qədər kart hazırlayıb çap edə bilərsiniz.

Bəli. Buraxılış (11 və 9) və blok (I–IV qrup) şablonları fənlər üzrə qapalı, kodlaşdırılan və yazılı tapşırıqları DİM-in strukturuna uyğun yerləşdirir. Fənləri və sayları istəyinizə görə dəyişə bilərsiniz.

«Çap et / PDF» düyməsini basın, açılan pəncərədə printer yerinə «PDF kimi saxla» (Save as PDF) seçin.

Bu pulsuz kart əl ilə yoxlamaq üçündür. Kursum-da imtahan yaratsanız, platforma xüsusi cavab vərəqi hazırlayır və onu telefon kamerası ilə saniyələr içində yoxlayır — ballar və nəticələr avtomatik hesablanır.